Hadisə

Bakı sakini naməlum şəxs tərəfindən bıçaqlanıb

Xəstəxanaya çatdırılan Bəhruz Əsgərovun vəziyyəti kafidir.

· Xəbərçi
Bakı sakini naməlum şəxs tərəfindən bıçaqlanıb
Paytaxtın Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə zamanı 27 yaşlı Sabunçu rayonu Ramana qəsəbəsində yaşayan Əsgərov Bəhruz Valeh oğlu kürək nahiyyəsindən xəsarət alıb. Bəhruz metronun “Koroğlu” stansiyasının yaxınlığındakı körpünün altında tanımadı bir şəxslə mübahisə edərkən xəsarət aldığını deyib. Hadisədən sonra yaralı Bəhruz Əscərov təcili yardım maşını ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıb və onun üzərində cərrahi əməliyyat aparılıb. Hazırda xəstənin vəziyyətinin normal olduğu bildirilir. Faktla bağlı isə nizami rayon polis idarəsində araşdırma aparılır. Bəhruzun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığının müəyyən edilməsi istiqamətində əməliyat-axtarış tədbirləri davam etdirilir.

Şərhlər