Bakı sakini mənzilində ölü tapıldı
03 Avqust 2011 Çərşənbə 16:40
Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib
Bakı şəhəri, Xətai rayonunda yerləşən mənzillərdən birində meyit tapılıb. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, quruma bağlı qapı arxasında vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.
Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən həmin mənzilin giriş qapısını bayır tərəfdən açıb. Mənzilə baxış keçirilərkən 1955-ci il təvəllüdlü Sultanov Rəşid Ağatalıb oğlu hərəkətsiz vəziyyətdə aşkarlanıb.
Hadisə yerinə cəlb edilmiş Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin tibbi müayinə nəticəsində qeyd olunan şəxsin vəfat etdiyi məlum olub. Xilasedicilər tərəfindən R.Sultanovun cəsədi aidiyyəti üzrə təhvil verilib.
DOSTLARINLA PAYLAŞ: