Bakı sakini insan alveri faktına görə həbs edilib
18 Fevral 2010 Cümə Axşamı 14:20
Bakı şəhər sakini mənzilində əxlaqsızlıq yuvası təşkil etdiyi üçün tutulub.
Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib. Məlumata görə, Bakı şəhər sakini Elxan Mustafayev DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Onun mənzilində əxlaqsızlıq yuvası təşkil etməsi faktı üzrə cinayət işi başlanıb. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar