Bakı sakini Bəxtiyar Mirzəyevi girov saxlayan 3 qardaş tutulub
07 Avqust 2010 Şənbə 14:10
Bəxtiyar Mirzəyev 3 min 400 manat borcu olduğuna görə girov götürülüb.
Bakıda bir nəfəri girov saxlayan 3 qardaş tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, İnqlab, İntiqam və Ramin Babayev qardaşları Bakı şəhər sakini Bəxtiyar Mirzəyevi qaçırıblar. Bu barədə polisə məlumatı girov olan şəxsin qardaşı, Səbail rayonu ərazisində yaşayan Ramin Mirzəyev deyib. O, birgə yaşadığı qardaşı Bəxtiyarın 3 min 400 manat borcu olduğuna görə, 2 nəfər tərəfindən Hövsan qəsbəsi ərazisində girov saxlandığını bildirib.

B.Mirzəyevi girov saxlayanlar Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar