Bakı sakini avtobusda polisi qarət etmək istədi
06 Mart 2012 Çərşənbə Axşamı 11:30
Lakin oğurluq edən şəxs saxlanılıb.
Bakıda sərnişin avtobusunda bir nəfər polisi qarət edib. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 65 saylı xətt avtobusunda Sumqayıt şəhər sakini Ələkbər Kazımov 27-ci polis bölməsinin əməkdaşı, kiçik serjant Anar Babayevin cibindən 50 manat oğurlamaq istəyib. Lakin polis onu tutub.
Qeyd edək ki, onun üzərinə baxış zamanı cibindən 0,243 qram narkotik vasitə olan heroin aşkar edilib.
DOSTLARINLA PAYLAŞ: