Bakı sakini avtobusda dünyasını dəyişdi
11 İyul 2011 Bazar Ertəsi 23:20
Qadın ürəyini tutaraq oturacaqdan yerə yıxılıb.
Bu gün Səbail rayonunda Hüseyn Cavid prospektilə hərəkət edən 177 saylı avtobus marşrutunda sərnişinlərdən biri dünyasını dəyişib. Hadisə saat 17:00 radələrində qeydə alınıb. Avtobusda olan sərnişin Yasamal rayon sakini Fəridə Ərşad qızı İsmayılovanın qəfil halı pisləşib. Qadın ürəyini tutaraq oturacaqdan yerə yıxılıb. Həmin vaxt onun yanında əyləşən bacısı oğlu və digər sərnişinlər qadına yardım etsələr də, bir nəticə olmayib.

Təcili Tibbi Yardım maşını hadisə yerinə çatanda artıq gec olub. Qadını müayinə edən həkimlər Fəridə İsmayılovanın dünyasını dəyişdiyini bildiriblər. Hadisə baş verən vaxt mərhumun bacısı oğlu yanında olduğundan gənc gördüklərindən şok keçirib və təcili olaraq xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, faktı araşdırmaq üçün hadisə yerinə Yasamal rayon Polis İdarəsinin və Prokurorluğun əməkdaşları cəlb olunub. Hadisə yerinə baxiş keçirilib, şahid ifadələri alınıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar