Hadisə

Bakı-Rostov avtobusu qəzaya uğrayıb

Hadisə Dağıstan ərazisində baş verib

· Xəbərçi
Bakı-Rostov avtobusu qəzaya uğrayıb
Bakı-Rostov marşrutu üzrə hərəkət edən sərnişin avtobusu Dağıstanda qəzaya uğrayıb. İlkin məlumatlara görə, hadisə nəticəsində 1 nəfər ölüb.

ANS PRESS "RİA Novosti"yə istinadən bildirir ki, hadisə bu gün Bakı vaxtı ilə saat 15.30-da Dağıstanın Suleyman-Stalsk rayonunun Novo-Maka məntəqəsinin ərazisində baş verib. Qeyd edək ki, avtobusda 47 sərnişin olub.

Şərhlər