Hadisə

Bakı-Quba yolunda avtobusda yanğın olub

Hadisə yerinə iki yanğınsöndürən maşın göndərilib

· Xəbərçi
Bakı-Quba yolunda avtobusda yanğın olub
Ötən axşam saat 21:30 radələrində Bakı – Quba yolunun 108-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Bakıdan şimal istiqamətində hərəkət edən, 1959-cu il təvəllüdlü İbrahim Qarayevin idarə etdiyi “İkarus” markalı avtobusda yanğın baş verib. Xoşbəxtlikdən avtobusda sərnişin olmayıb. Fövqəladə Hallar Nazirliyinin Xaçmaz rayon yanğından mühafizə bölməsinin rəis müavini Əkbər Muradovun verdiyi məlumata görə, avtobusda Dağıstana aparılan geyim və saqqız bağlamaları olub. Hadisə yerinə iki yanğınsöndürən maşın göndərilib və yanğının qarşısı vaxtında alınıb. Hələlik yanğının səbəbləri və dəyən zərər bilinmir.

Şərhlər