Bakı-Quba yolunda ağır yol qəzası olub
26 İyun 2011 Bazar 15:14
Bakı-Quba yolunda ağır yol qəzası olub. Hadisə dünən axşam saatlarında baş verib.
Bakı-Quba yolunun 109-cu kilometrliyində, Şabran rayonu ərazisində ağır yol qəzası baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Ağbaş kəndi ərazisindən keçən hissəsində 1 nəfərin ölümü 4 nəfərin yaralanması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisə yerində işləyən Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin baş müstəntiqi Hikmət Kərimovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, Siyəzən rayon sakini 64 yaşlı Gülbala Rüstəmov idarə etdiyi “Qaz-24” markalı avtomaşınla beton yolun orta ayrıc hissəsindən kənd istiqamətinə dönərkən arxadan gələn Füzuli rayon sakini Rəşad Tarıverdiyevin idarə etdiyi “Mercedes” markalı yük maşını onu vurub.
Nəticədə sürücünün qızı 29 yaşlı Ulduza Nuriyeva hadisə yerində dünyasını dəyişib. Sürücünün avtomaşınında olan ailə üzvləri 26 yaşlı Ülviyyə Rüstəmova və həyat yoldaşı 56 yaşlı Səməngül Rüstəmova və “Mercedes” markalı avtomobilin sürücüsü Siyəzən regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıblar.
Mərkəzin cərrahiyyə şöbəsinin müdiri Müslüm Səlimov ANSRESS-in bölgə müxbirinə bildirib ki, sürücünün səhlənkarlığı hələ dünyaya gəlməmiş nəvəsinin də məhvinə səbəb olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: