Bu səhər saat 05.00 radələrində Bakı – Quba yolunun Vəlvələkənd kəndi ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, qəza “Mercedes” markalı yük avtomobili ilə “VAZ 21011” markalı minik avtomobilinin toqquşması nəticəsində meydana gəlib. Hadisə nəticəsində 3 nəfər xəsarət alaraq Quba rayon xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olan və hazırda şəxsiyyətlərinin müəynləşməsi istiqamətində iş aparılan yaralılar xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Bakı – Quba yolunda ağır yol nəqliyyat hadisəəsi baş verib
Qəza nəticəsində 3 nəfər ağır xəsarətlərlə Quba rayon xəstəxanasına çatdırılıb.




Şərhlər