Bakı - Qazax yolunda piyada vuruldu
21 Dekabr 2009 Bazar Ertəsi 10:50
Bakı - Qazax yolunda piyada vuruldu. Avtoqəzanı törədən avtomobil isə hadisə yerindən qaçdı.
Ötən gecə Bakı-Qazax yolunun 34-cü kilometrliyində yolu keçmək istəyən piyadanı maşın vurub. ANS PRESS-in məlumatına görə, paytaxt sakini 28 yaşlı Samir Eynullayev Bakıdan Hacıqabul rayonu istiqamətində hərəkət edən naməlum avtomobilin zərbəsinə tuş gəlib.
Nəticədə piyada ciddi xəsarət alıb, avtomobil isə hadisə yerindən uzaqlaşıb. Yaralı hadisə yerinə toplaşmış vətəndaşların köməyi ilə xəstəxanaya aparılıb. İlkin müayinədən sonra yaralı Samir Eynullayevə qapalı kəllə-beyin travması və sağ diz oynağının sınığı diaqnozu təyin edilib.

Faktı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat şöbəsinin əməkdaşları araşdırır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar