Hadisə

Bakı-Qazax yolunda dəhşətli qəza: ölən və yaralananlar var

3 avtomobilin toqquşması magistral yolunun bağlanmasına səbəb olub.

· Xəbərçi
Bakı-Qazax yolunda dəhşətli qəza: ölən və yaralananlar var
Bu gün saat 15:00 radələrində Bakı-Qazax magistral yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində 3 avtomobilin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Daş Dövlət Yol Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə zamanı “VAZ 2106” markalı 24 BA 148 dövlət nömrə nişanlı maşını avtomobil daşıyan yük maşını ilə toqquşaraq qarşıdan gələn “QAZ-31” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində hadisə yerində iki nəfər həlak olub, bir neçə nəfər ağır yaralanıb. Baş verən qəza yolun 1 saata qədər bağlanmasına səbəb olub.

Şərhlər