Bakı Qazax yolunda ağır yol qəzası
23 May 2011 Bazar Ertəsi 06:38
Bakı Qazax yolunda ağır yol qəzası. Qəza nəticəsində 1 nəfər ağır olmaqla 2 nəfər yaralanıb.
Ötən gecə Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib. Bakı-Qazax yolunun 50-ci kilometrliyində meydana gələn qəzada 2 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Məlumata görə, Kürdəmir rayon sakini, 51 yaşlı Əliyev Telman Şakər oğlunun idarə etdiyi “Qazel” markalı yük maşını qarşıda hərəkət edən “Qaz-53” markalı başqa bir yük maşınına çırpılıb. Qəza nəticəsində “Qazel”də olan iki nəfər Kürdəmir rayon sakinləri - 30 yaşlı Hüseynov Xətai Tahir oğlu və 26 yaşlı İslamov Ayaz Oqtay oğlu aldıqları ağır xəsarətlərdən elə hadisə yerində dünyalarını dəyişib.

Sürücü Telman Əliyev və həmçinin qəzanın digər iştirakçısı olan “Qaz-53”-ü idarə edən 51 yaşlı Novruzov Rasim Ələsgər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı xəstəxanaya yerləşdiriliblər. Onlardan Telman Əliyevin vəziyyəti daha ağır hesab olunur. Bununla belə, xəstəxananın həkimləri hər iki yaralıya müvafiq tibbi yardım göstəriblər.

Qəzanın təfərrüatlarını Baş dövlət yol polis idarəsi istintaq və təhqiqat şöbəsinin əməkdaşları araşdırır. İşi araşdıran müstəntiq Vaqif Nəcəfovun bildirdiyinə görə, “Qazel”də olan üç nəfər bir-birinin qohumu olub. Belə ki, dünyasını dəyişənlərdən Xətai Hüseynov sürücünün kürəkəni, Ayaz İslamov isə qardaşının oğludur.

Qeyd edək ki, həm”Qazel”, həm də “Qaz-53” yüklə dolu olub. Onlardan biri paytaxta tərəvəz məhsulları, digəri isə süd gətirirmiş. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar