Hadisə

Bakı polisi külli miqdarda narkotik tapdı

1 kq-a yaxın heroin Cəlilabad sakinindən aşkarlanıb.

· Xəbərçi
Bakı polisi külli miqdarda narkotik tapdı
Bakıda külli miqdarda narkotik vasitə aşkar edilib. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Cəlilabad rayon sakini Manaf Rəsulovdan1 kiloqrama yaxın narkotik vasitə olan heroin və 1 kiloqram 850 qram həşiş aşkar edilərək götürülüb.

Narkotik Nizami Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və Narkotiklərlə Mümarizə Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində tapılıb.

Şərhlər