Hadisə

Bakı Neft Emalı Zavodunda yanğın söndürülüb

Bakı Neft Emalı Zavodunda yanğın söndürülüb. Hadisə zamanı heç bir tələfat qeydə alınmayıb.

· Xəbərçi
Bakı Neft Emalı Zavodunda yanğın söndürülüb
Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun çənlər parkındakı 140 saylı çəndə başlayan yanğın söndürülüb. Bu barədə məlumat ARDNŞ-dan verilib.

Məlumata görə, Fövqəladə hallar nazirliyinin Dövlət yanğından Mühafizə Xidmətinin qüvvələri yanğını saat 12.50 radələrində söndürə biliblər. Hadisə zamanı heç bir tələfat qeydə alınmayıb. Fövqəladə Hallar Nazirliyinin qüvvələri ətrafdakı çənlərin soyudulması prosesini və yanğından təhlükəsizlik tədbirlərini davam etdirirlər.

Qeyd edək ki, zavodda yanğın bu gün səhər saat 11.05 radələrində başlamışdı. ANSPRESS

Şərhlər