Bakı Metropoliteninin “28 May” stansiyasının qarşısında kişi meyiti tapılıb. Nəsimi rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, səhər saat 09.00 radələrində tapılan 40-45 yaşlı kişinin ürək-damar xəstəliyindən öldüyü bildirilir. Hazırda meyit morqa aparılıb, onun kimliyi müəyyənləşdirilir.
Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə isə meyitin üzərində qan izləri olub.
Faktla bağlı araşdırmalar aparılır. ANSPRESS
Bakı metrosunun qarşısında meyit tapılıb
Meyitin kimliyi müəyyənləşdirilir.




Şərhlər