Hadisə

Bakı metrosunda sərnişin qatarın altına düşüb

Hadisə "Qara Qarayev" metro stansiyasında baş verib.

· Xəbərçi
Bakı metrosunda sərnişin qatarın altına düşüb
Bakı metrosunda bədbəxt hadisə baş verib. Bu barədə Klinik Tibbi Mərkəzdən bildirilib. Hadisə bu gün axşam saatlarında Bakı Metropoliteninin “Qara Qarayev” metro stansiyasında qeydə alınıb.

20 yaşlı Ağamalik Eldar oğlu Abbaszadə ehtiyatsızlıqdan qatarın altına yıxılıb. Nəticədə o, müxtəlif bədən xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya aparılıb. Onun vəziyyəti ağır qiymətləndirilir. ANSPRESS

Şərhlər