Hadisə

Bakı metrosunda problem: sərnişinlər stansiyaya buraxılmırlar - FOTO

“İşərişəhər” və “Sahil” stansiyasına sərnişinlərin girişi qadağan edilib.

· Xəbərçi
Bakı metrosunda problem: sərnişinlər stansiyaya buraxılmırlar - FOTO
Bakı Metropolitenində yenidən problem yaranıb. Milli.az-ın məlumatına görə, metronun “İşərişəhər” stansiyasına sərnişinlərin girişi qadağan olunub. Stansiyanın əməkdaşından aldığımız məlumata görə, səbəb qatarların hərəkətində problem olması ilə əlaqədardır.

Metropolitendən qatarlardan birində nasazlıq yaranması təsdiqlənsə də, ətraflı məlumat verilmədi. Əldə edilən son məlumata görə, “Sahil” stansiyasına da sərnişinlərin girişi qadağandır.

Şərhlər