Bakı metrosunda baş verən dəhşətli qəzadan 15 il ötür
28 Oktyabr 2010 Cümə Axşamı 11:15
Hadisə "Ginnesin Rekordlar Kitabı"na ən dəhşətli metro qəzası kimi düşüb.
Bu gün Bakı metropoliteninin “Ulduz” və “Nəriman Nərimanov” stansiyaları arasında baş vermiş dəhşətli qəzadan 15 il ötür. 1995 -ci ilin oktyabrın 28-də “Ulduz” stansiyasından “Nərimanov” stansiyasına gedən 21 nömrəli qatarın 4-cü vaqonundakı yanğın 292 sərnişinin həyatına son qoyub. Qəza nəticəsində 400-dən çox insan müxtəlif dərəcəli xəsarət alıb.

Uzun müddət məsələni araşdıran istintaq qrupu qəzanın baş verməsinin terror aktı olduğunu istisna edib. Və qəzanın sırf səhlənkarlıqdan baş verdiyini açıqlayıb. Təhlükəsizlik qaydalarına riayət edilməməkdə günahlandırılan qatarın maşinisti və dispetçeri 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qəza "Ginnesin Rekordlar Kitabı"na ən dəhşətli metro qəzası kimi düşüb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar