Bakı Metropolitenində həyəcanlı dəqiqələr yaşanıb
05 Yanvar 2012 Cümə Axşamı 11:51
Metroda qatar qəflətən tüstüləməyə başlayıb.
Ötən gün günorta saatlarında metronun “Qara Qarayev” stansiyasında qəribə olay yaşanıb. Lent.az-ın məlumatına görə, qəflətən qatarın alt hissəsindən tüstü çıxıb və nəticədə maşinist sərnişinlərdən qatarı tərk etmələrini istəyib. Bir neçə həyəcanlı dəqiqədən sonra qatar boş vəziyyətdə “Bakmil”ə yollanıb.

Bakı Metropoliteninin baş mühəndisi Elbrus Muradov hadisənin baş verdiyini təsdiqləyib: “Qatarda kiçik nasazlıq yaranıb. Bu elementar bir təhlükəsizlik tədbiri idi. Heç bir narahatçılığa səbəb yoxdur. Qanuna görə, ən xırda bir narahatçılıqda belə biz sərnişinləri qatardan düşürüb yoxlama aparmalıyıq”.

Qeyd edək ki, bu metropolitendə baş verən ilk hadisə deyil. Bir neçə gün əvvəl “Neftçilər” stansiyasında oxşar hadisə yaşanıb. Lakin o zaman heç bir tüstü və ya digər hadisə qeydə alınmayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar