Hadisə

Bakı Metropolitenində həyəcanlı anlar yaşanıb

“Ulduz” stansiyasında vaqonlardan biri qəflətən tüstülənməyə başlayıb.

· Xəbərçi
Bakı Metropolitenində həyəcanlı anlar yaşanıb
Bu gün saat 15:50 radələrində Bakı Metropoliteninin “Ulduz” stansiyasında fövqəladə vəziyyət yaranıb. Bakı Metropoliteninin baş mühəndisi Etibar İsayevin ANS PRESS-ə verdiyi məlumata görə, “Ulduz” stansiyasında vaqonlardan biri qəflətən tüstülənməyə başlayıb.

Dərhal həyəcan siqnalı verilib, sərnişinlər evakuasiya edilib və qatar depoya göndərilib.

Qeyd edək ki, hadisənin baş verməsinə səbəb texniki nasazlıq olub.

Şərhlər