Bakı mağazalarında yararsız mallar aşkarlanıb
08 Dekabr 2011 Cümə Axşamı 17:32
160 kq-dan artıq ərzaq malları satışdan çıxarılaraq məhv edilib.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı istehlak üçün yararsız mallar aşkarlanıb. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, monitorinqlər paytaxtın 4 rayonunda keçirilib.
Belə ki, Bakının Nəsimi rayonunda
Cavadxan küçəsi, ev 10 ünvanında İslam İsmayılova məxsus mağazada;
S.Vurğun küçəsi, ev 19 ünvanındakı “Citimart supermarket”də;
Tbilisi prospekti, 1058-ci məhəllədə yerləşən “Neptun supermarket”də;
Bülbül prospekti, məhəllə 392, korpus A ünvanındakı “Çinar market”də,
Səbail rayonunda
Nizami küçəsi, ev 92 ünvanında yerləşən “Planet market”də;
İstiqlaliyyət küçəsi, ev 23, mənzil 2 ünvanında Eyvaz Baxşəliyevə məxsus mağazada;
Ə.Cavad küçəsi, ev 18 ünvanında Püstə Rəcəbovaya məxsus mağazada;
İstiqlaliyyət küçəsi, ev 47/13 ünvanında German Bekerova məxsus mağazada;
B.Sərdarov küçəsi, ev 2, mənzil 14 ünvanında Telman Əlizadəyə məxsus mağazada;
A.İsgəndərov küçəsi, ev 3/5, mənzil 29 ünvanında Tarayəddin Səmədova məxsus mağazada;
Binəqədi rayonunda, Atatürk prospekti, ev 65 B ünvanındakı “Baku-Mart market”də;
Nərimanov rayonunda
Atatürk prospekti, ev 27/29 ünvanında yerləşən “Koka-kola market”də;
Aşıq Molla Cümə küçəsi, ev 22 ünvanındakı “İlqar market”də;
Təbriz küçəsi, ev 94 ünvanında yerləşən “Şəms market”də insan orqanizmi üçün təhlükəli olan yararsız məhsullar aşkarlanıb.
Ümumilikdə, çəkisi 160 kq-dan artıq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub və satışdan çıxarılaraq məhv edilib.
Qeyd edək ki, qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.
DOSTLARINLA PAYLAŞ: