Hadisə

Bakı-Göyçay arasında sərnişin daşıyan sürücü qəfildən ölüb

Bakının Nəsimi rayonu ərazisində ölüm hadisəsi qeydə alınıb.

· Xəbərçi
Bakı-Göyçay arasında sərnişin daşıyan sürücü qəfildən ölüb
Metronun “20 yanvar” stansiyasının yaxınlığında, köhnə avtovağzalın ərazisində Göyçay rayon sakini, 40 yaşlı Babayev Sahib Asif oğlu dünyasını dəyişib.

Qeyd edək ki, dünyasını dəyişmiş Sahib Babayev şəxsi avtomobililə, Bakıdan Göyçaya və əksinə sərnişin daşımaqla məşğul olub. Mərhumun qonşusunun sözlərinə görə, o ara-sıra səhhətindən şikayət edirmiş.

Faktla bağlı Nəsimi rayon polis idarəsində təhqiqat aparılır. ANSPRESS

Şərhlər