Bakı Elitar Gimnaziyasının şagirdi intihar edib
10 Mart 2010 Çərşənbə 12:35
18 yaşlı Pərvin Əsgərova özünü şərflə asıb
Bakının Nərimanov rayonunda intihar hadisəsi baş verib. Nərimanov rayon prokurorunun köməkçisi Vilayət Məmmədovun ANS PRESS-ə verdiyi məlumata əsasən hadisə martın 9-u saat 18.00 radələrində baş verib.
Belə ki, rayonun Ə. Rəcəbli küçəsi 36, mənzil 26-da yaşayan 18 yaşlı Gəncə sakini Pərvin Mirzə qızı Əsgərova özünü yaşadığı evin hamamında su çəninin altından şərflə asaraq intihar edib. Onun meyidi bir neçə saat sonra ailə üzvləri tərəfindən aşkar olunub.
Qızın özünə qəsd etməsini səbəbi barədə isə hələlik heç bir məlumat yoxdur. Qeyd edək ki, P. Əsgərova Bakı Elitar Gimnaziyasının 11-ci sinif şagirdi imiş.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda AR CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: