Bakı dairəvi yolunda ağır qəza:
04 May 2011 Çərşənbə 23:28
Minik avtomobilin sürücüsünün 20 yaşlı nişanlısı hadisə yerində keçinib
Bu gün Bakı dairəvi yolunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. ANS PRESS-in məlumatına görə, AZ 10 GF 407 dövlət nömrə nişanlı VAZ 2107 markalı avtomobil arxadan AZ H004 383 dövlət nömrə nişanlı yük maşınına çırpılıb. Nəticədə VAZ 2107 markalı maşında olan 20 yaşlı Bağırova Günel Niftalı qızı hadisə yerində keçinib. Qızın nişanlısı, 1980-ci il təvəllüdlü Vüsal Əhmədov isə kəllə beyin travması ilə xəstəxanaya yerləşdirilib.

Qəza yerinə gələn polis əməkdaşları avtomobilin sürücü oturacağının qarşısından tapança aşkar ediblər.

Hadisə yerində müayinə aparan Qaradağ rayon Polis İdarəsinin müstəntiqi Yunis İsmayılovun sözlərinə görə, silah pnevmatik tapançadır və ekspertizaya göndərilib. Şahidlər qəzanın baş verməsində VAZ 2107 markalı avtomobilin günahkar olduğunu bildirsələr də, müstəntiq bunun təyin olunmuş avtotexniki ekspertizanın rəyindən sonra dəqiq məlum olacağını söyləyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar