Hadisə

Bakı-Astara yolunda ağır yol qəzası baş verib

Bakı-Astara yolunda ağır yol qəzası baş verib. 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

· Xəbərçi
Bakı-Astara yolunda ağır yol qəzası baş verib
Bakı-Astara yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 6-da saat 07.15 radələrində Salyan rayonu ərazisində Yardımlı rayon sakini Gülağa Qurbanovun idarə etdiyi “VAZ-2121” markalı və Bakı şəhər sakini Namiq Hacıyevin idarə etdiyi “Mercedes” markalı avtomaşınlar toqquşub.

Nəticədə G. Qurbanov hadisə yerində ölüb, N.Hacıyevin xəsarət alan sərnişinləri, Bakı şəhər sakinləri Mətanət Zəkərova və Qənirə Nuriyeva isə xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir.

Faktla bağlı Baş Dövlət Yoli Polis İdarəsi tərəfindən araşdırmalar aparılır. ANSPRESS

Şərhlər