Bakı Asfalt-beton zavodunda yanğın baş verib
20 İyul 2010 Çərşənbə Axşamı 20:35
Asfalt hazırlayan sexdə sobaya hopmuş qır qalıqları yanıb.
Bu gün Asfalt-beton zavodunun ərazisində yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanğın Bakı şəhəri, Qaradağ rayonunda Asfalt-beton zavodunun ərazisində asfalt hazırlayan sexdə başlayıb.

Asfalt hazırlayan sexdə "Brox" markalı sobanın təmizləyici filtrləri və sobaya hopmuş qır qalıqları 80kv.m. sahədə yanıb. Hadisə yerinə cəlb edilmiş yanğınsondürənlərin səyi nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Yanğın saat 12:00-da söndürülüb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar