Bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunda ölüm hadisəsi baş verib. Xəzər rayon Prokurorluğundan verilən məlumata görə, bu gün səhər saatlarında Bakı-Naxçıvan reysinin sərnişini, 60 yaşlı Şahbuz rayon sakini Anna Mehdiyeva xərəkdə təyyarəyə mindirilərkən dünyasını dəyişib.
Məlumata görə, mərhum uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkir. Bakıya da müayinə məqsədilə gəlib. Hadisə yerinə təcilli yardım çağırılsa da, Mehdiyevanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Bakı aeroportunda ölüm hadisəsi baş verib
Şahbuz rayon sakini təyyarəyə mindirilərkən dünyasını dəyişib




Şərhlər