Badamdar şossesində maşın piyadanı vurub
03 Fevral 2011 Cümə Axşamı 05:55
Sürücü zərərçəkmişi dərhal xəstəxanaya çatdırıb
Gecə Səbayel rayonu ərazisində piyadının vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb. “Vaz 21015” markalı minik avtomobili Badamdar şosesi ilə hərəkət edən zaman piyadanı vurub. Şahidələrin bildirdyiynə görə vurulan şəxs yol kənarında dayanmşış “Vaz 21011” markalı avtomobilin sürücüsü olub. Hadisə barədə məlumat Səbayel rayon polis idarəsi və yol polisi şöbəsinə daxil olan kimi polis əməkdaşları hadisə yerinə yollanıblar.
Onlar qəzanın baş verdiyi əraziyə çatan zaman isə vurulan piyada orda olmayb. Məlumata görə, hadisəni törədən “Vaz 21015”-in sürücüsü piyadaya lazımi tibbi yardımın vaxtında göstərilməsi üçün zərəçəkmişi dərhal yaxınlıqdakı xəstəxanalardan birinə çatdırıb. Qeyd edək ki, baş vermiş yol nəliyyat hadisəsi ilə bağlı araşdırmadara Səbayel rayon polis idarəsində davam etdirilir.
DOSTLARINLA PAYLAŞ: