Hadisə

Babək prospektində 10-a yaxın maşın toqquşub

Qəzalara səbəb yola tökülən yağdır

· Xəbərçi
Babək prospektində 10-a yaxın maşın toqquşub
Bakının Nizami rayonunda zəncirvari yol qəzası baş verib. Nizami rayon Dövlət Yol Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Babək prospektində qeydə alınıb.

İlkin məlumata əsasən, prospektin şəhər mərkəzindən Nizami və Xətai rayonları istiqamətlərinə doğru gedən hissəsində 10-a yaxın avtomobil biri-birinə dəyərək yüngül zədələnib. Bir neçə maşın isə yol kənarındakı maneəyə çırpılıb. Hadisə zamanı sürücü və sərnişinlərdən xəsarət alan olmayıb.

Qeyd edək ki, yol qəzasında səbəb isə yolun 150-200 metr məsafəsinə yağ materialının dağılması və nəticədə yolun sürüşkən olmasıdır.

Hazırda hadisə yerində polis əməkdaşları müvafiq tədbirlər aparır.

Şərhlər