Hadisə

“Azpetrol”da baş verniş partayışda xəsarət alanlardan daha biri öldü

Hacıqabul rayonu ərazisində baş vermiş hadisə nəticəsində daha əvvəl 5 nəfər ölmüşdü

· Xəbərçi
“Azpetrol”da baş verniş partayışda xəsarət alanlardan daha biri öldü
Hacıqabul rayonunda baş verən partlayış zamanı yanıq xəsarəti alan yaralılıradan daha biri ölüb. Bu “Azpetrol” şirkətinə məxsus yanacaq daşıyan maşının sürücüsü, Cəlilabad rayon sakini 62 yaşlı Vahid Abbasovdur. Bununla da güclü partlayış və yanğın nəticəsində ölənlərın sayı 6-ya çatıb. Hadisə zamanı ağır yanıq xəsarətı alan qalan yaralalıran vəziyyəti normaldır.

Xatırladaq ki, partlayış 9 avqust saat 15.00 radələrində Hacıqabul rayonu ərazisində, Bakı-Qazax yolunun Padarçöl kəndi ərazisindən keçən hissəsində yerləşən “Azpetrol” şirkətinə məxsus yanacaq doldurma məntəqəsinin yaxınlığında baş vermişdi. Hadisə nəticəsində həmin vaxt məntəqədə olan Bakı-Gəncə marşrutu üzrə işləyən “İkarus” markalı avtobus, 5 minik və 1 yük maşını tamamilə yanaraq kül olub. Hadisə zamanı 21 nəfər xəsarət alıb.

Artıq fakta bağlı cinayət məcəlləsinin 225-ci yanğın təhlükəsizliyi qaydalarını pozma maddəsi ilə cinayət işi başlanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, istintaq tədbirləri davam etdirilir.

Şərhlər