APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, əraziyə xeyli sayda yanğınsöndürən maşın cəlb edilib. Yanğının qarşısı artıq alınıb. Müəssisə işçilərinin APA-ya bildirdiyinə görə, yanğın zavodun 305-ci qurğusunda baş verib. Yanğınsöndürənlərin səyi nəticəsində hadisənin miqyasının genişlənməsinin qarşısı alınıb.
Yanğın zamanı xəsarət alan olmayıb. Hadisənin səbəbləri barədə hələlik məlumat yoxdur. Araşdırma aparılır.
Yanğın zamanı xəsarət alan olmayıb. Hadisənin səbəbləri barədə hələlik məlumat yoxdur. Araşdırma aparılır.
APA




Şərhlər