Azərbaycanlılarla dağıstanlılar arasında dava
27 Dekabr 2010 Bazar Ertəsi 11:05
Davanın səbəbi dağıstanlının soydaşımıza olan borcunu qaytarmaq istəməməsi olub
Rusiyanın paytaxtı Moskva şəhərində "Timirzayev" bazarında dağıstanlılarla azərbaycanlılar arasında dava olub. Moskva Baş Daxili İşlər İdarəsindən verilən məlumata görə, davanın səbəbi bazarda alver edən 36 yaşlı dağıstanlının 41 yaşlı soydaşımıza olan borcunu qaytarmaq istəməməsi olub. 10 nəfərin qatıldığı davada iki nəfər yaralanıb. 28 yaşlı Azərbaycan vətəndaşı boynundan aldığı bıçaq yarası ilə, onun 40 yaşlı iş yoldaşı isə qapalı kəllə-beyin travması ilə xəstəxanaya aparılıb. Onların vəziyyəti orta ağırdır. Yaralı azərbaycanlılardan biri həftəsonu xəstəxanadan evə buraxılacaq.

"Timiryazev" bazarındakı davanın 6 iştirakçısından ikisi sərbəst buraxılıb. Dörd nəfərin ifadələri alınır. Onların bu gün də dindiriləcəyi gözlənilir.

Ümumrusiya Azərbaycan Konqresinin Moskva bölməsinin rəhbəri İlqar Hacıyevin Milli.Az-a verdiyi məlumata görə, dünən baş vermiş hadisə məşiət səviyyəsində törədilmiş cinayətdir və bunu milli zəmində toqquşma kimi qələmə vermək tamamilə əsassızdır.

Azərbaycanın Rusiyadakı səfirliyi və Dağıstan Respublikasının Moskvadakı nümaynədəliyi bu gün hadisənin araşdırılması ilə məşğul olacaqlar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar