Rusiyanın paytaxtı Moskvada azərbaycanlılarla ermənilər arasında dava baş verib. ANS PRESS Rusiya mətbuatına istinadən xəbər verir ki, baş vermiş toqquşmada 1 nəfər ölüb, 7 nəfər yaralanıb. Hadisə dünən yerli vaxtla axşam saat 22:30 radələrində Rusiya paytaxtının Tekstilşikov küçəsində ev 7-nin qarşısında baş verib.
Davanın iştirakçıları soyuq və travmatik silahdan istifadə ediblər. Nəticədə 24 yaşlı dağıstanlı aldığı bıaq yaralarından ölüb, digər 7 nəfər isə oldu silah və bıçaq yaraları alıb. Hadisə yerindən travmatik silaha məxsus 12 giliz aşkar edilib.
Azərbaycanlılar və ermənilər arasında dava
Hadisə zamanı 7 nəfər yaralanıb




Şərhlər