Azərbaycanlılar kütləvi davada iştirak edib
25 Avqust 2009 Çərşənbə Axşamı 20:55
Hadisə Həştarxan vilayətində baş verib
Rusiyanın Həştərxan vilayətində azərbaycanlıların da iştirak etdiyi kütləvi dava baş verib. Daha doğrusu söhbət iki qrup arasında baş verən əlbəyaxadan gedir. Hadisə avqustun 22-də Znamensk hərbi şəhərciyində baş verib.

İki qrupdan birinə azərbaycanlılar, çeçenlər və dağıstanlılar (təxminən 100-150 nəfər), digərinə isə ruslar və qazaxlar (30-60 nəfər) daxil olub. Qarşıdurma zamanı 29 yaşlı yerli sakin Vitali Milkov öldürülüb, hər iki tərəfdən onlarla şəxs yaralanıb.

Olaydan dərhal sonra Znamensk şəhərində komendant saatı elan olunub. Qarşıdurma iştirakçılarından 17 nəfəri saxlanılıb. Bundan başqa, Znamensk şəhər Milis Şöbəsinin rəisi Aleksandr Kolodyaj və sahə müvəkkili, mayor Sabir Ağabəyov da həbs edilib. Yerli sakinlər hüquq-mühafizə orqanlarını “gəlmələrə satılmaqda və onlarla işbirliyində” suçlayıb.

Araşdırmalar zamanı məlum olub ki, kütləvi dava iyulun 19-da olmalı imiş. Hadisənin səbəbi hələ məlum deyil. Ancaq əsas versiya kimi kriminal qrupların təsir dairələri uğrunda mübarizəsi kimi nəzərdən keçirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar