Azərbaycanlılar arasında atışma olub
25 Dekabr 2009 Cümə 22:55
Odessada Azərbaycanlılar arasında atışma olub.
Ukraynanın milis işçiləri 24 dekabr tarixində Odessa küçələrindən birində həmyerlisinə atəş açan Azərbaycan vətəndaşını saxlayıb. Bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin Odessa vilayəti üzrə İdarəsindən məlumat verilib. Hüqüq-mühafizə orqanlarının saxladığı 52 yaşlı azərbaycanlı “M-57” tipli tapançadan atəş açaraq həmyerlimizi yaralayıb.

Zərərçəkən həmyerlimiz 38 yaşında olub və şəhər xəstəxanalarından birinə çatdırılıb. Hadisənin hər iki iştirakçısı insidentin ədavət üzündən baş verdiyini etiraf edib.

Milis işçiləri atəş açan həmyerlimizin tapançasını müsadirə edərək ekspertizaya göndərib. Hadisənin konkret olaraq hansı rayonda baş verdiyi barədə isə məlumat verilməyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar