Sivas valisi Ali Kolat Cümhuriyyət Universitetinin tibb fakültəsində müalicə alan yaralı zəvvarlara baş çəkib. O bildirib ki, hadisə ilə bağlı Azərbaycanın konsulluğu məlumatlandırılıb və bu gün diplomatlarımız Sivasa səfər edəcəklər. Hadisənin baş verdiyi Şarkışla qəsəbəsinin kaymakamı Fethi Savran isə deyib ki, Cökmetaş kəndi yaxınlığında avtobus sərt döngədə idarəetməni itirdiyindən dərəyə aşıb.
Xatırladaq ki, Türkiyənin Sivas əyalətində içərisində azərbaycanlı zəvvarların olduğu avtobusun qəzaya uğraması nəticəsində 5 adam həlak olub, 28 nəfər isə yaralanıb.
Azərbaycanlı zəvvarlar qəzaya uğradı
Sivas valisi yaralılara baş çəkib




Şərhlər