Moskvada məşhur azərbaycanlı qanuni oğru Hikmət Muxtarovun varisi hesab olunan kriminal avtoritet “qozbel Ramiz” öldürülüb. Məlumata görə, kriminal avtoritet evinin çıxışında yaxın məsafədən atılan beş güllə ilə öldürülüb. “Vesti.az”ın “Azadlıq”a istinadən verdiyi xəbərə görə, hüquq mühafizə orqanlarının ciayətkarları yaxalamaq üçün xüsusi əməliyyat başladığı bildirilir.
Qeyd edək ki, bundan öncə də “qozbel Ramiz”in həyatınsa sui-qəsd olmuşdu. Məşhur rusiyalı kriminal avtoritet Vyaçeslav İvankovun (Yaponçik) dəfn mərasimində ona hücum edilmişdi. O zaman Rusiya kriminal aləminin lideri hesab olunan Aslan Usoyanın (ded Xasan) göstərişi ilə dövlət xəsətəxansından özəl klinikaya köçürülən “qozbel Ramiz” gizli şəkildə müalicə olunaraq sağaldılmışdı.
“Lotu Hikmətin” varisi sayılan və Rusiya kriminal aləmində kifayət qədər nüfuzlu şəxs sayılan “qozbel Ramiz”in Azərbaycanın Sabirabad rayonunda dəfn olunacağı bildirilir. ANSPRESS
Azərbaycanlı kriminal avtoritet Qozbel Ramiz Moskvada öldürülüb
"Qozbel Ramiz"in Sabirabad rayonunda dəfn olunacağı bildirilir.




Şərhlər