Hadisə

Azərbaycanlı iş adamı qətlə yetirilib

Bakı – APA. Moskvada azərbaycanlı iş adamı güllələnib. APA-nın “Baltİnfo”ya istinadən verdiyi məlumata görə, noyabrın 26-da Moskva vaxtı ilə saat 14.00-da (Bakı vaxtı ilə saat 15.00) 35 yaşlı iş adamının meyiti tapılıb.

· Xəbərçi
Azərbaycanlı iş adamı qətlə yetirilib
O, başından güllələnib. Müəyyən olunub ki, həmin şəxs kompyuter və mobil telefonların satışı ilə məşğul olurmuş.

Prokurorluqdan bildirilib ki, iş adamının meyitini onun ortağı aşkarlayıb. Azərbaycanlı olan həmin şəxs işləri ilə əlaqədar ərazidən uzaqlaşıb, 10 dəqiqədən sonra qayıtdıqda isə ortağı olan həmyerlisinin qətlə yetirildiyini görüb.

Hadisə yerində 10 giliz aşkarlanıb. Bundan başqa, araşdırma zamanı mağazadan 30 mobil telefon və 1 noutbukun oğurlandığı məlum olub.

Şərhlər