Azərbaycanlı dünya çempionunun erməni polisini öldürməsinin səbəbi məlum oldu
20 Oktyabr 2011 Cümə Axşamı 17:41
Dünya çempionunun qardaşı Elman Budaqob ANS PRESS-ə danışıb.
Uşu-sanda üzrə ikiqat dünya çempionu, Azərbaycan yığmasının sabiq məşqçisi Canpolad Budaqovun həbsinin təfərrüatları məlum olub. Canpolad Budaqovun qardaşı Elman Budaqovun ANS PRESS-ə verdiyi məlumata görə, çempion erməni polis işçisi Samvel Mehrabovu özünü qorumaq məqsədilə öldürüb.

Elman Budaqovun sözlərinə görə, hadisə heç də Rusiya məbuatında yer aldığı ssenari ilə baş verməyib. Belə ki, Canpolad Budaqov avqustun 1-də 4-5 dostu ilə birlikdə Rusiyanın paytaxtı Moskva şəhərində “Vodopad” kafesinə gəlib. Canpoladın əyninə üzərində Azərbaycan yazısı olan köynək geyinib.

Canpolad Budaqovun qardaşının sözlərinə görə, bu amil kafedə olan Samvel Mehrabov və daha 60 ermənini qıcıqlandırıb. Bundan sonra kafedə olan 4-5 azərbaycanlı ilə 60-a yaxın erməni arasında milli münaqişə zəminində dava düşüb. Canpolad Budaqov isə özünü qorumaq məqsədilə bıçağa əl atmalı olub.

Elman Budaqov hazırda Canpolad Budaqovun vəkilinə Rusiyada erməni diasporu tərəfindən təzyiqlər edildiyini də bildirib. Sonda Elman Budaqov lazım gələrsə, mətbuat konfransı keçirərək bütün suallara aydınlıq gəirməyə hazır olduğunu vurğulayıb.

Xatırladaq ki, dünən Rusiya mətbuatı, uşu-sanda üzrə ikiqat dünya çempionu olan azərbaycanlı Canpolad Budaqovun polisi öldürməsi ilə bağlı yanlış məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, guya erməni polis qohumları ilə birgə atasının yubileyini qeyd edirmiş. Bu vaxt başqa masada oturan azərbaycanlılar arasında dava düşüb. Nəticədə erməni polis onları ayırmaq istəyərkən azərbaycanlı idmançı Samveli bıçaqlayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar