Hadisə

Azərbaycanlı biznesmen qətlə yetirilib

Onun üzərində çoxlu güllə yaraları olub

· Xəbərçi
Azərbaycanlı biznesmen qətlə yetirilib
Rusiyada azərbaycanlı biznesmen qətlə yetirilib. Moskva Baş Daxili İşlər İdarəsinin informasiya və ictimaiyyətlə əlaqələr xidmətindən Milli.Az-a verilən məlumata görə, soydaşımızın meyiti Yesenin bulvarı, 14 ünvandakı mənzildə aşkarlanıb. Hadisə yerinə gəlmiş milis əməkdaşları onun bədənində çoxsaylı atəş yaraları görüblər.

Qətlə yetirilmiş azərbaycanlı iş adamı kommersiya məkanlarının icarəyə verilməsi ilə məşğul olan şirkətin baş direktoru idi.

Hadisə ilə bağlı olaraq RF CM-nin 105-ci maddəsi (qətl) cinayət işi açılıb, istintaq gedir.

Şərhlər