Azərbaycanın Yaponiyadakı səfirliyi işini normal davam etdirir
11 Mart 2011 Cümə 18:31
Azər Hüseyn Yaponiyada olan vətəndaşlarımızdan qarşılaşdıqları hər hansı problemlə bağlı səfirliyə zəng vurmağı xahiş edir
"Azərbaycanın Yaponiyadakı səfirliyi işini normal rejimdə davam etdirir, səfirliyimizin binası və əməkdaşları üçün heç bir təhlükə yoxdur". Bu barədə məlumatı ANS-ə açıqlamasında Azərbaycanın Yaponiyadakı səfiri Azər Hüseyn verib.
O, baş verən zəlzələdə Azərbaycan vətəndaşlarının zərər çəkməsi barədə səfirliyə məlumat daxil olmadığını bildirib.
“Vətəndaşlarımız müraciət edərsə, onlara kömək etməyə hazırıq. Lakin hələlik bizə müraciət daxil olmayıb. Biz artıq Tokioda olan Azərbaycan vətəndaşları ilə əlaqə saxlamışıq, onların arasında xəsarət alan yoxdur. Təbii fəlakətlə əlaqədar ölkədə telefon rabitəsində müəyyən problemlər yaranıb, mobil rabitə isə ümumiyyətlə işləmir. Tokioda sakitlikdir, xüsusi bir dağıntı yoxdur”, deyə səfir qeyd edib.
Onun sözlərinə görə, səfirlik Yaponiyada olan vətəndaşlarımızdan qarşılaşdıqları hər hansı problemlə bağlı diplomatik korpsuun 00 813 54 86 47 44 nömrəli telefonuna zəng vurmağı xahiş edir.
DOSTLARINLA PAYLAŞ: