Azərbaycanın xalq artisti Arif Quliyevin oğlu vəfat edib
17 Yanvar 2012 Çərşənbə Axşamı 09:45
Hadisə ötən gecə qeydə alınıb.
Azərbaycanın xalq artisti Arif Quliyevin oğlu dünyasını dəyişib. Bu barədə APA-ya Yasamal Rayon Polis İdarəsindən bildirilib.

Hadisə ötən gecə qeydə alınıb. Bakı şəhəri, Şərifzadə küçəsi, 150 ünvanında yaşayan, 1978-ci il təvəllüdlü Fərid Quliyev qəfildən dünyasını dəyişib. Mərhumun ölüm səbəbləri araşdırlır.

Mərhumun atası Arif Quliyev faktı təsdiqləyib. Bildirib ki, oğlu uzun müddət vərəm xəstəliyindən əziyyət çəkib. Xəstəliyi ağır olduğundan onu xilas etmək mümkün olmayıb. Mərhum bu gün torpağa tapşırılacaq.

Qeyd edək ki, F. Quliyev uzun müddət məhkumluq həyatı yaşayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar