Hadisə ötən gecə rayonun Yeniyol kəndində qeydə alınıb. Kənd sakini Cavanşir Qədirov qardaşı, Natiq Qədirov tərəfindən bıçaqlanıb. Bel nahiyəsindən bıçaq xəsarəti alan C. Qədirov xəstəxanaya yerləşdirilib.
Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Cavanşir Qədirov Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinin müdiridir. APA
Azərbaycanın Ucar rayonunun baş cərrahını qardaşı bıçaqlayıb
Ucar rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu barədə APA-ya Ucar Rayon Polis Şöbəsindən bildirilib.




Şərhlər