Azərbaycanın Ordusunun hərbçisi əsgər yoldaşını öldürüb
04 Mart 2010 Cümə Axşamı 13:40
Azərbaycan Müdafiə Nazirliyinin Tərtər rayonunda yerləşən N saylı hərbi hissəsində ölüm hadisəsi baş verib.
Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev bildirib. Məlumata görə, dünən axşam saatlarında hərbi hissənin əsgəri, 2008-ci ilin oktyabrında Qobustan rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan 1990-cı il təvəllüdlü Novruzov Vilayət Vəkil oğlu silahla ehtiyatsız davranaraq atəş açıb. Nəticədə onun əsgər yoldaşı 2009-cu ilin oktyabrında Biləsuvar rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış 1990-cı il təvəllüdlü Əliyev Rövşən Qəzaxan oğlu yaralanıb və dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. APA
DOSTLARINLA PAYLAŞ: