Hadisə

Azərbaycanın İmişli rayonunda qohum qohumu güllələyib

Azərbaycanın İmişli rayonunda silahlı insident baş verib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

· Xəbərçi
Azərbaycanın İmişli rayonunda qohum qohumu güllələyib
Hadisə ötən gün rayon ərazisində fəaliyyət göstərən mağazaların birində qeydə alınıb. Rayon sakini Abbas Ağahəsənov sərxoş vəziyyətdə həmin mağazada çalışan qaynı Müşfiq Mənsimova ov tüfəngindən atəş açıb. M. Mənsimov ayağından yaralanıb.

Rayon polisinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən A. Ağahəsənov tutulub. Faktla bağlı araşdırma aparılır. ANSPRESS

Şərhlər