Azərbaycandan tranzit yolla narkotik daşınması halları artıb
18 İyul 2011 Bazar Ertəsi 12:26
Bu ilin ilk 6 ayında Azərbaycanın gömrük orqanları tərəfindən 165 kiloqram narkotik maddə saxlanıb.
«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini Əsgər Abdullayev bildirib.

Onun sözlərinə görə, 2010-cu ilin ilk 6 ayı ilə müqayisədə bu sahədə vəziyyət demək olar ki, dəyişməyib - həmin dövrdə 171 kq narkotik maddə saxlanılıb. Əvəzində bu il narkotik daşınması üzrə faktların və bununla bağlı tutulan şəxslərin sayı ötən ilə nisbətən daha çoxdur: «Məsələn, ötən il narkotiklərin qeyri-qanuni daşınmasına görə 47 nəfər saxlanılmışdısa, bu il 66 nəfər olub, bunlardan 54-ü kişi, 12-si qadındır». Ə.Abdullayev narkotiklərin daşınmasında qadınların iştirakının artdığını bildirib: «Ötən il bu işə görə cəmi 3 qadın saxlanılmışdısa, bu il 12 qadın saxlanıb».

Bundan başqa, insanların bədənlərinin hissələrində narkotiklərin daşınması faktları da artıb: «Bu il daxili orqanlarda daşınma üzrə 22 fakt, ötən il isə 1 belə fakt olub». Azərbaycandan tranzit yolla keçən narkotiklər əsasən İrandan gətirilərək Rusiyaya, oradan isə başqa ölkələrə aparılır. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar