Azərbaycanda yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub
10 Yanvar 2011 Bazar Ertəsi 11:22
Azərbaycanda yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub. Hadisə Ağstafa rayonunda baş verib.
Azərbaycanın Ağstafa rayonunda yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisə bu gecə saat 02.00 radələrində rayonun Qırılı kəndində Mikayıl Əsədova məxsus yanacaqdoldurma məntəqəsində baş verib

Avtomat silahla silahlanmış bir qrup şəxs məntəqəyə basqın etsə də orada operator işləyən Məmməd Məmmədov basqınçıların əlindən silahı ala bilib. Basqınçılar bundan sonra hadisə yerindən qaçıblar. Məmməd Məmmədov ərhal məntəqənin müdirini, kənd icra nümayəndəsini və Daxili İşlər Nazirliyinin "102" xidmətini məlumatlandırıb.

Bu hadisədən bir neçə dəqiqə sonra məntəqəyə “Jiquli” markalı avtomobil yaxınlaşıb. Bu zaman operator avtomaşına yaxınlaşıb və baqınçılar Məmməd Məmmədova avtomat silahdan atəş açaraq 2 güllə vurublar. Güllələrdən biri onun sağ üzünün sağ almacığın üst tərəfindən, digər güllə isə sağ çiyininin üst tərəfindən dəyib. O, elə hadisə yerində ölüb.

Hadisə yerinə gələn Ağstafa polisinin və prokurorluğun əməkdaşları ilkin araşdırmalara başlayıblar. İlkin ehtimala görə, basqın 2 silahla həyata kecirilib.

Qeyd edək ki, 34 yaşlı Məmməd Əbülfət oğlu Məmmədov Qırılı kəndində anadan olub, 2 uşaq atasıdır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar