Azərbaycanda xəstəlikdən əziyyət çəkən 83 yaşlı şəxs intihar etdi
08 Yanvar 2012 Bazar 11:52
Hadisə Zərdab rayonu Təzəkənd kəndində baş verib.
Dünən günorta saatlarında Zərdab rayonunun Təzəkənd kəndində intihar hadisəsi baş verib. Zərdab rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini Adil Əsədovun ANS PRESS-ə verdiyi məlumata görə, intihar edən şəxs 83 yaşlı Gülməmməd Nurməmməd oğlu Nuriyev olub. O özünü yaşadığı evin həyətindəki ağacdan asıb.
83 yaşlı şəxsin hansı səbəbdən intihar etməsi dəqiq məlum olmasa da, mərhum mədə-bağırsaq xəstəliyindən əziyyət çəkirmiş. Rəis müavininin sözlərinə görə, Gülməmməd Niriyev müalicə olunsa da bu heç bir effekti olmayıb. Gülməmməd Nuriyevin qonşularının ANS PRESS-ə verdiyi məlumata görə, mərhumun müalicə üçün maddi vəsait tapmaqda çətinlik çəkirmiş.
5 qız, 1 oğul atası olan Gülməmməd Nuriyev Təzəkənddə həyat yoldaşı ilə birlikdə yaşayırmış. Qızlarının hamısı ailəli olduqlarına görə, valideynləri ilə qalmırmış. Mərhumun oğlu isə Rusiyada yaşayırmış.
Qeyd edək ki, Nuriyevlər ailəsində heç bir ailədaxili münaqişənin olmadığı bildirilir. Faktla bağlı araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: