Azərbaycanda toyda 20 yaşlı gənc qətlə yetirildi
19 Noyabr 2011 Şənbə 03:11
Toyda düşən davada iki qohum bıçaqlanıb.
Salyan sakini toyda qətlə yetirilib, mərhumun qohumu isə bıçaq yarası alıb. Bu barədə APA-ya Şirvan şəhər xəstəxanasından məlumat verilib. Məlumata görə, noyabrın 19-də saat 22 radələrində Salyan rayonunun Qaraçala kənd sakinləri 1992-ci il təvəllüdlü Səfərov Zöhrab Natiq oğlu və onun bibisi oğlu 1991-ci il təvəllüdlü Qafarov Elçin Şahin oğlu “Azərin” şadlıq sarayında düşən davada bıçaqlanıblar. Hər iki şəxs Şirvan şəhər xəstəxanasına çatdırılıb. Lakin Elçin Qafarov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. O, bud nahiyəsinin vena damarının kəsilməsi nəticəsində çoxlu qan itirərək ölüb. Onların kimin tərəfindən bıçaqlanması məlum deyil. Salyan polisi əməliyyat axtarış tədbirləri həyata keçirir.
Faktla bağlı Salyan rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: